Bu termini səsləndirməkdən qorxuram – Sikorski
15:56 Dünya"Vahid Avropa ordusu heç vaxt yaranmayacaq".
Olaylar.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
"Mən bu termindən istifadə etməkdən ehtiyat edirəm. İnanıram ki, müxtəlif ölkələrin orduları heç vaxt birləşməyəcək. Amma bəziləri məsələni bu cür başa düşə bilir. Hazırda Avropanın yaratdığı ordu deyil, çevik reaksiya verən qüvvədir", - deyə o bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Silahlı Qüvvələrinin yaradılmasını istəyib.
O qeyd edib ki, ölkəsi vahid Avropa ordusu üçün əsas ola bilər. (globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31