"Kosmos Müqaviləsindəki prinsip pozulur"- Çindən ETİRAZ
15:37 DünyaÇin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ni "Qızıl Qübbə" qlobal raketdən müdafiə sisteminin inkişafı və yerləşdirilməsindən imtina etməyə və güclər arasında strateji qarşılıqlı etimadı gücləndirmək və qlobal strateji sabitliyi qorumaq üçün konkret tədbirlər görməyə çağırıb.
Olaylar.az bu barədə "Sinxua"ya istinadən xəbər verir.
Mao Ninq ABŞ-də "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması planını şərh edərkən müvafiq açıqlamalar verib.
Çin diplomatı qeyd edib ki, "Qızıl Qübbə" adlanan plan qeyri-məhdud, qlobal, çoxqatlı və çoxşaxəli raketdən müdafiə sistemini yerləşdirməyə yönəlib. Plan açıq şəkildə kosmik döyüş imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən orbital tutma sistemlərinin işlənib hazırlanmasını və yerləşdirilməsini tələb edir.
"Bu, plana açıq-aşkar hücum xarakteri verir və Kosmos Müqaviləsində təsbit olunmuş kosmosdan dinc məqsədlərlə istifadə prinsipini pozur. Planın həyata keçirilməsi kosmosun döyüş zonasına çevrilməsi və kosmik silahlanma yarışının yaranması risklərini artıracaq, beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sistemini sarsıdacaq", - Mao Ninq bildirib.
Rəsmi nümayəndənin sözlərinə görə, ABŞ "Öncə Amerika" siyasətinə sadiq qalaraq, özünün mütləq təhlükəsizliyinə can atır ki, bu da "bir dövlətin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilməməlidir" prinsipini pozur və qlobal strateji tarazlığı və sabitliyi pozur. Çin bununla bağlı ciddi narahatlığını ifadə edir", - Mao Ninq əlavə edib.