Bayden yaxin zamanlarda öləcək Ağ Evin həkimi
22 May 2025 10:56 DünyaKeçmiş prezident Co Baydenin metastatik prostat xərçəngi ilə bağlı proqnozlar qaranlıqdır və keçmiş baş komandan bir il ərzində ölə bilər.
Olaylar.az xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi Ronnie Jackson "Washington Free Beacon" qəzetinə açıqlamasında deyib.
"Mən bir neçə uroloqla danışmışam və ümumi konsensus ondan ibarətdir ki, bu, 12-18 ay çəkə bilər", - həkim izah edib.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31