Lavrov: Qafqazda iki ziddiyyətli tendensiya toqquşur – ÖZƏL
21 May 16:52 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Cənubi Qafqazda hazırda iki qarşıdurmalı tendensiya mövcuddur.
Olaylar.az xəbər verir ki, o, bu fikri mayın 21-də Yerevanda Rusiya-Ermənistan Universitetində müəllim və tələbələrlə görüşü zamanı səsləndirib.
Lavrovun sözlərinə görə, birinci tendensiya region ölkələrinin seçimlərinə və onların qonşularının maraqlarına hörmətlə yanaşmağı nəzərdə tutur. İkinci tendensiya isə Qərbin, xüsusilə Avropa İttifaqının bölgədə öz təsirini artırmaq və Ermənistan, Azərbaycan və Gürcüstanın Rusiya, İran və Türkiyə kimi böyük qonşularla yaxınlaşmasına imkan verməmək cəhdləridir.
"Qərb hələ də regionda "ya bizimləsən, ya da bizə qarşısan" prinsipi ilə hərəkət edir," - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31