Aİ səfirləri Avropanın hərbiləşdirilməsi planını təsdiqlədi – 150 milyard avro ayrılacaq- ÖZƏL
21 May 2025 13:42 DünyaAvropa İttifaqı ölkələrinin səfirləri Avropa Komissiyası tərəfindən irəli sürülmüş Avropanın hərbiləşdirilməsi planı - SAFE üzrə razılığa gəliblər. Olaylar.az xəbər verir ki, bu barədə məlumat Aİ Şurasına sədrlik edən Polşanın rəsmi X (keçmiş Twitter) səhifəsində paylaşılıb.
Məlumatda qeyd olunur: "SAFE razılaşdırıldı. Aİ öz ordularına nə qədər çox sərmayə qoysa, ona zərər vermək istəyənləri bir o qədər yaxşı çəkindirə bilər."
Qeyd edək ki, SAFE planı çərçivəsində Avropanın hərbi potensialının gücləndirilməsi üçün 150 milyard avro ayrılması nəzərdə tutulur. Plan Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində daha müstəqil və dayanıqlı olmasını təmin etməyi hədəfləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31