Lavrovun səfəri zamanı Soyqırım abidəsinə ziyarət proqramdan çıxarılıb — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun 20-21 may tarixlərində Ermənistana səfəri zamanı əvvəlcədən elan edilən proqramda, ənənəvi olaraq, Anonim Əsgər abidəsinə çiçək qoyulması ilə yanaşı, Erməni Soyqırımı qurbanlarının abidəsinin də ziyarəti nəzərdə tutulmuşdu.Lakin son məlumatlara görə, Lavrovun Tsitsernakaberd memorial kompleksinə planlaşdırılmış səfəri proqramdan çıxarılıb. Nazir yalnız Anonim Əsgər abidəsini ziyarət edib. Rəsmi səbəb kimi onun proqramının sıx olması göstərilib. İddialara görə, bu dəyişiklik Ermənistan hakimiyyətinin istəyi və Rusiya tərəfinin razılığı ilə edilib.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31