Çin Aİ-nin sanksiyalarına etiraz etdi: “İkiüzlü siyasətdir”- ÖZƏL

Çin Avropa İttifaqının Rusiya ilə əlaqədar olaraq Çin şirkətlərinə tətbiq etdiyi "əsassız" sanksiyalara kəskin etiraz edib. Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mayın 21-də keçirdiyi mətbuat konfransında bildirib ki, Pekin bu qərardan ciddi narahatlıq keçirir və onu qətiyyətlə rədd edir.
Qeyd edək ki, Avropa İttifaqı və Böyük Britaniya mayın 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib. Bu paketdə bəzi Çin şirkətləri də hədəf alınıb.
Mao Nin Aİ-ni Rusiya ilə iqtisadi və ticarət əlaqələrində "ikiqat standartlardan" imtina etməyə çağırıb: "Əksər ölkələr, o cümlədən Avropanın özü və ABŞ hələ də Rusiya ilə ticarət əlaqələrini davam etdirir. Belə olduğu halda, Çin şirkətlərinə qarşı bu cür addımlar qərəzli yanaşmadır."
Sözçü vurğulayıb ki, Çin öz qanuni hüquq və mənafelərini qorumaq üçün zəruri tədbirlər görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31