İran Rusiyadan müasir döyüş təyyarələri və hərbi texnologiyalar almaq ümidindədir- ÖZƏL

İran parlamentinin deputatı Həmid Rəsai bildirib ki, Rusiya İrana ən son döyüş təyyarələri, eləcə də hava və dəniz hərbi texnologiyaları təmin edə bilər. Olaylar.az xəbər verir ki, o, iki ölkənin NATO və terrorizm kimi ortaq təhlükələrə qarşı birgə hərbi təlimlər keçirə və müdafiə sahəsində əməkdaşlıq edə biləcəyini vurğulayıb.
Rəsai deyib: "İran və Rusiya arasında strateji müqavilə geosiyasi, təhlükəsizlik, iqtisadi və diplomatik baxımdan həyati əhəmiyyət kəsb edir. Sanksiyalar şəraitində bu fürsətdən istifadə etmək vacibdir. Hər iki ölkə Qərbin sərt iqtisadi məhdudiyyətləri altındadır və tərəfdaşlıq dollar asılılığını azalda bilər."
Yanvarın 17-də Kremldə   görüş  zamanı Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pəzeşkian arasında "Ümumi Strateji Tərəfdaşlıq" müqaviləsi imzalanıb. Aprelin 21-də isə Rusiya Prezidenti həmin sənədi ratifikasiya edib. Mayın 21-də isə müqavilə İran parlamenti tərəfindən rəsmən təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31