ABŞ kəşfiyyatı: İsrail İrana qarşı hücuma hazırlaşır- ÖZƏL

ABŞ-nin əldə etdiyi yeni kəşfiyyat məlumatlarına əsasən, İsrail İranın nüvə obyektlərinə qarşı mümkün hücum üçün hazırlıqlara başlayıb. Olaylar.az xəbər verir ki, CNN-in məlumatına görə, bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının Tehranla onun nüvə proqramı üzrə razılaşmaya nail olmağa çalışdığı bir dövrə təsadüf edir.
ABŞ rəsmilərindən biri CNN-ə bildirib ki, son aylarda İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı əhəmiyyətli dərəcədə artıb. O qeyd edib ki, Trampın İranla əldə etməyə çalışdığı və İran uran ehtiyatlarının tamamilə ləğvini təmin etməyən razılaşma, İsrailin hərbi əməliyyata əl atmaq ehtimalını artırır.
Məlumata görə, bu narahatlıq təkcə İsrail rəsmilərinin ictimai və gizli bəyanatları ilə deyil, həm də İsrail hərbçilərinin hərəkətlərini müşahidə və rabitələrinin ələ keçirilməsi ilə də əsaslandırılır. Bu göstəricilər, hücumun labüdlüyü barədə siqnallar verir.
Lakin ABŞ rəsmiləri qeyd edirlər ki, İsrail rəhbərliyi hələlik bu hücumu həyata keçirmək barədə qəti qərar qəbul etməyib. Bu qərar Vaşinqtonla Tehran arasındakı danışıqların nəticəsindən də asılı olacaq.
Yüksək vəzifəli amerikalı rəsmilər CNN-ə bildiriblər ki, ABŞ İsrailin hücuma keçəcəyi ehtimalına qarşı öz kəşfiyyat fəaliyyətini gücləndirib. Bununla belə, ABŞ-nin hazırkı mərhələdə, əgər İran böyük bir təxribat etməzsə, İsrailə hərbi dəstək vermək ehtimalı azdır.
Mənbələr qeyd edirlər ki, İsrail İranın nüvə proqramını ABŞ-nin köməyi olmadan tam şəkildə sıradan çıxarmaq gücündə deyil. İsrailin CNN-ə danışan mənbəsi isə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul etmədiyi "pis bir razılaşma" bağlasa, İsrail təkbaşına hərbi əməliyyata hazır olacaq.
Qeyd edək ki, 11 mayda ABŞ və İran arasında Omanda dördüncü dolayısı danışıqlar mərhələsi keçirilib və tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31