Tomas Roper: Sanksiyalar mənə qarşı deyil, bütün Avropa üçün siqnaldır– ÖZƏL
21 May 2025 11:16 DünyaOlaylar.az xəbər verir ki, almaniyalı jurnalist, RT aparıcısı Tomas Roper Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyaları "alternativ fikir ifadə edənlərə qarşı xəbərdarlıq" kimi dəyərləndirib.
Onun sözlərinə görə, bu qərar məhkəmə olmadan, heç bir rəsmi ittiham və ya qanun pozuntusuna istinad edilmədən verilib. Nəticədə Röperin bank hesabları dondurulub, peşə fəaliyyəti qadağan edilib və Aİ ölkələrində yayıma çıxışı bağlanıb.
Röper Aİ-nin bu addımını RT-nin Afrikada artan təsiri ilə əlaqələndirərək bildirib ki, afrikalılar artıq Qərb mediasına əvvəlki kimi inanmadıqları üçün RT-yə üz tuturlar.
"Bu, Aİ-də olan hər kəsə siqnaldır. Əgər bizə qarşı bu cür davranırlarsa, sabah hökuməti tənqid edən hər kəs eyni aqibətlə üzləşə bilər," - deyə o qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqı Röperi və jurnalist Alina Lippi "Rusiyanın xeyrinə hibrid fəaliyyət"də ittiham edərək sanksiya siyahısına daxil edib.