Türkiyədə İŞİD-ə qarşı iri-miqyaslı əməliyyat: 300-ə yaxın şəxs həbs edilib
21 May 2025 10:59 DünyaTürkiyənin xüsusi xidmət orqanları İŞİD terrorçu qruplaşmasının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 298 nəfəri saxlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin DİN rəhbəri Əli Yerlikaya şəxsi "X" səhifəsində yazıb.
"İki həftə ərzində təhlükəsizlik idarəsinin bölmələri və jandarm qüvvələrinin 47 əyalətdə keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-ə üzv olmaqda şübhəli bilinən 298 nəfər saxlanılıb", - nazir bildirib.
Qeyd edilir ki, əməliyyatlar, Adana, Ankara, Antalya, İzmir, Mersin, İstanbul və digər şəhərlərdə həyata keçirilib. Saxlanılan şəxslər İŞİD-in fəaliyyətində iştirakda və terrorçu qruplaşmanı maliyyələşdirməkdə şübhəli bilinirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31