ABŞ Ukraynaya dəstəyin artırılmasına dair bəyanata etiraz edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico-nun iki rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Kanadada keçirilən Yeddilik Qrupunun (G7) maliyyə liderlərinin hazırladığı bəyanatda Ukraynaya "əlavə dəstək" ifadəsinin daxil edilməsinə etiraz edir.

Bildirilib ki, ABŞ həmçinin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının "qanunsuz" kimi təsvir olunmasına qarşı çıxır.

Qeyd edək ki, G7-nin Maliyyə Nazirləri və Mərkəzi Bank Sədrlərinin görüşü 20-22 may tarixlərində Banff şəhərində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31