Çin ÜST-ə 500 milyon dollar əlavə maliyyə dəstəyi ayırmaq niyyətindədir

Çin hökuməti növbəti beş il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

"Çin qarşıdakı beş il ərzində ÜST-ə 500 milyon dollar əlavə maliyyə dəstəyi ayırmaq niyyətindədir. Bu vəsait Qlobal İnkişaf Fondu və Cənub əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək", - deyə nümayəndəlikdən bildirilib.

Daimi nümayəndəlik əlavə edib ki, Pekin ÜST-ün qlobal səhiyyə idarəçiliyində aparıcı və əlaqələndirici rolunu dəstəkləyir. Bununla belə, qeyd olunub ki, tərəflər hələlik ayrılacaq maliyyənin məqsədyönlü istifadəsi ilə bağlı yekun razılığa gələ bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31