Zaxarova: Ermənistandakı anti-Rusiya aksiyası USAID-in “qalıq vəsaiti” ilə təşkil olunub – ÖZƏL
17:01 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı təhqiramiz plakatların İrəvanda yerləşdirilməsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "qalan pulları" ilə maliyyələşdirilmiş, Qərbyönlü qüvvələrin təşkil etdiyi aksiyadır. Aksiya, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ərəfəsində baş tutub.
Zaxarova bildirib ki, ABŞ-nin Ermənistandakı səfirliyində təxminən 2 minə yaxın işçi çalışır və görünür, bəziləri hələ də köhnə "təlimatlarla" hərəkət edir: "Bəlkə də kiminsə USAID xətti ilə verilmiş pulları hələ qurtarmayıb və bu cür layihələrlə məşğuldur".
Diplomat əlavə edib ki, Rusiya ilə Ermənistan arasında konkret və praktik əməkdaşlıq gündəliyi mövcuddur və bu münasibətlərin pozulması müəyyən azlıqların marağında olsa da, Moskva konstruktiv yanaşmanı üstün tutur. Zaxarova onu da vurğulayıb ki, bu cür aksiyaları təşkil edənlər bundan artığına qadir deyillər.