Zaxarova: “Top artıq Kiyevin tərəfindədir – sülhə doğru konkret addımlar atılmalıdır” – ÖZƏL
16:44 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə dair son bəyanatları artıq real addımlarla müşayiət olunmalıdır. Onun sözlərinə görə, Kiyev tərəfi ziddiyyətli açıqlamalar və təxribat xarakterli addımlardan çəkinərək konstruktiv mövqe sərgiləməlidir.
"Top artıq Kiyevin tərəfindədir. Zelenskinin sülhlə bağlı isterik və ziddiyyətli bəyanatlarından sonra indi konkret addımlar atılmalıdır," - deyə Zaxarova qeyd edib.
Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla mayın 19-da iki saatdan çox davam edən telefon danışığı apardıqlarını bildirib. Bu il ərzində iki lider arasında bu, üçüncü telefon söhbətidir. Putin qeyd edib ki, Tramp Rusiyanın Ukraynada sülhə dəstəyini qəbul etdiyini ifadə edib. Rusiya tərəfi atəşkəs və münaqişənin həlli prinsiplərini əhatə edə biləcək sülh prosesinin əsaslarını müəyyən edən memorandum üzərində Ukrayna ilə əməkdaşlığa açıqdır.