Hakan Fidan Moskvaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-də Moskvaya rəsmi səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, səfər çərçivəsində H.Fidan rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti, eləcə də bir sıra digər məsələləri müzakirə edəcəklər.

Türkiyəli nazirin Rusiyaya səfəri mayın 27-nə qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31