İki lider israr edir, Tramp razılaşmır

İtaliyanın Baş naziri Corcia Meloni və Almaniya Kansleri Fridrix Mertz yeni təkliflə çıxış ediblər.

Olaylar.az xəbər verir ki, liderlər ABŞ Prezidenti Donald Trampla söhbət zamanı onun da Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirak etməsini istəyiblər.

"Hətta onlar təkid ediblər. Mertz ABŞ və Avropa İttifaqı ( Aİ) daxil olmaqla, çoxtərəfli görüş ideyasını irəli sürüb", - deyə "Axios" yazıb.

Bununla belə, Tramp Rusiya və Ukrayna arasında xarici müdaxilə olmadan ikitərəfli danışıqlar formatının tərəfdarıdır. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31