Ukrayna deputatı Zelenskini vətənə xəyanətdə ittiham edir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna deputatı Aleksandr Dubinski Prezident Zelenskini altı dəfə ölkəyə xəyanət etməkdə ittiham edib. O, Zelenskinin Minsk razılaşmalarını pozduğunu, 2022-ci ildə İstanbul sülh danışıqlarından imtina etdiyini, 2024-cü ildə yeni fürsəti əldən verdiyini və hazırda da müharibənin bitməsinə mane olduğunu bildirib. Dubinski prezidentin bu addımlarını hərbçilərin ölümünə səbəb kimi göstərib. Oxşar açıqlama ilə çıxış edən Davit Arahamia isə 2022-ci ildə sülhə real şans olduğunu, lakin Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun buna mane olduğunu deyib. Rusiya prezidenti Putin də danışıqların Ukrayna tərəfindən pozulduğunu təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31