Trampın Rusiyaya qarşı sanksiyalardan imtinası Aİ-də şok effekti yaratdı- ÖZƏL

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən imtina etməsi və Rusiya prezidenti Vladimir Putinlə bağlı ehtiram dolu ifadələr işlətməsi Avropa İttifaqı (Aİ) liderlərini təəccübləndirib və şoka salıb. Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı adının çəkilməsini istəməyən mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp bu açıqlamanı Almaniya, İtaliya, Finlandiya və Fransa liderləri, Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə söhbəti zamanı verib.
Axios-un məlumatında qeyd olunur ki, Volodimir Zelenski bu dialoqu olduqca mənfi qiymətləndirib. Qeyd olunan görüş, Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31