Kələntəryan-Lavrovun İrəvan səfəri- bölgəni qarışdırmaq planı- ÖZƏL
20 May 2025 13:46 Dünya"Sergey Kələntəryan-Lavrov İrəvana səfərə gəlir və səfər proqramı da bəllidir.
Kələntəryan-Lavrovun İrəvanda keçircəyi görşülərdə əsas müzakirə predmeti ikitərəfli əməkdaşlıq, Avrasiya inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətlə yanaşı, regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma prosesləri müzakirə olunacaq. Yəni səfər zamanı əsas diqqət mərkəzində olancaq mözulardan biri İrəvan-Bakı, İrəvan-Ankara münasibətləridir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Kələntəryan-Lavrovun səfərindən belə bəlli olur ki, Kreml Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlı deyil. Bunun üçün əlindən gələni edir və bundan sonra da edəcək. Kreml sülhə mane olmaq üçün ilk növbədə Ermənistan təzyiq edərək konstitusiyanın dəyişilməsinə mane olmağa çalışacaq. Sülh prosesinin uzanmasının ən vacib məqamı isə Ermənistan konstitusiyasına nəzərdə tutulan dəyişiklərin baş verməməsidir. Kreml yaxşı anlayır ki, Ermənistan konstitusiyasına dəyişiklik edilmədən İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti yoxdur və Bakı konstitusiyaya dəyişiklik edilmədən sülh sazişini imzalamayacaq. Hətta nəzəri cəhətdən belə bir saziş imzalanarsa, həmin saziş dayanıqlı və uzun perspektivə xidmət etməyəcək. Kremlin də istədiyi budur. Kreml bu yolla tərəfləri özündən asılı vəziyyətə salıb bölgədə təsir imkanını qoruyub saxlamağa çalışır. Ona görə də Kreml İrəvana təzyiqlərini gücləndirəcək.
Kələntəryan-Lavrov da İrəvan da bu məsələləri müzakirə edəcək.
İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərində də öz maraqlarının təmin olunmasına çalışacaq.
Bu məsələlərdə Paşinyanın mövqeyində dəyişikliyə nail olmasa, o zaman Kreml ciddi-cəhdlə revanşistlərin mövqeyinin güclənməsinə və növbəti ildə keçiriləcəck parlament seçkilərində Moskva öz adamlarının uğur qazanmasına ciddi dəstək verəcək. Artıq Moskva bu istiqamətdə səylərini aktivləşdirib və seçki yaxınlaşdıqca aktivləşmə daha da güclənəcək. Kələntəryan-Lavrovun İrəvana səfəri istənilən nəticəni verməsə, o zaman yaxın gələcəkdə Ermənistanda ictimai-siaysi proseslər yenidən gərgin və qarşıdurma fazasın qədəm qoyacaq.Nəticə olaraq deyə bilərik ki, Kələntəryan-Lavrovun İrəvana səfərindən ciddi müsbət nəticələr gözləməyə dəyməz. Əksinə gərginliyin artmasını gözləmək olar".