NATO: Putin-Tramp danışığı müsbət siqnaldır – ÖZƏL
20 May 2025 13:37 DünyaOlaylar.az xəbər verir ki, NATO Baş katibi Mark Rutte bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mayın 19-da baş tutan telefon danışığı "yaxşı əlamət"dir.
"Amerikalıların bu mövqe tutması və liderlik göstərməsi müsbət haldır. Dünən gecə bu telefon danışığının baş tutması yaxşı siqnaldır. Həmçinin ABŞ prezidentinin dərhal Ukrayna və Avropa liderləri ilə əlaqə saxlaması da müsbətdir," - deyə Rutte Brüsseldə keçirilən Aİ-nin xarici və müdafiə nazirlərinin görüşü öncəsi jurnalistlərə açıqlama verib.
Bununla belə, o, ABŞ prezidentinin niyə Rusiya üzərində təzyiqi artırmadığı ilə bağlı suala cavab verməkdən imtina edib: "Hər bir hadisəni hər gün şərh etmək istəmirəm".
Qeyd edək ki, Putin və Tramp 19 mayda iki saatdan çox telefonla danışaraq əsasən Ukrayna münaqişəsinin həllini müzakirə ediblər. Putin bu danışığı "konstruktiv" adlandırıb.