Kavelashvili Papa ilə görüşdü: Gürcüstanla tərəfdaşlıq dərinləşəcək – ÖZƏL

Gürcüstan prezidenti Mixail Kavelashvili Roma Papası XIV Lev ilə görüş keçirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Kavelashvili şəxsi sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı Gürcüstanla Müqəddəs Taxt-Tac (Vatikan) arasında mövcud münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. O bildirib ki, Gürcüstan və Katolik Kilsəsi arasında əlaqələr xristian dəyərlərinə əsaslanır və bu, tərəfdaşlığın möhkəm təməlidir.

"Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə Zati-müqəddəslərini bir daha təbrik etdim. Görüş zamanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Papa XIV Lova təşəkkür etdim. Zati-müqəddəsləri də öz növbəsində Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu bildirdi," - deyə Kavelashvili qeyd edib.

Görüşün sonunda Kavelashvili Papa XIV Lovu Gürcüstana səfərə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31