Aİ diplomatik nümayəndəliklərdə ixtisarlara başlayır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) maliyyə azaldılması və struktur islahatları çərçivəsində 10 xarici nümayəndəliyi bağlamağı və 100 əməkdaşı ixtisar etməyi planlaşdırır. Politico yazır ki, plan 12 mayda Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas tərəfindən təqdim olunub və artıq təsdiqlənib. İxtisarlar Belarus və Lesoto kimi marağın azaldığı ölkələri əhatə edəcək. Proses iki mərhələdə - 2026 və 2027-ci illərdə baş tutacaq. İlk ildə bu islahatlara 20 milyon avro xərclənəcək, lakin növbəti üç ildə 9 milyon avro qənaət ediləcək. Daha əvvəl diplomatlara büdcə kəsiri səbəbindən səfərlər və tədbirləri ləğv etmək tapşırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31