Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu
20 May 2025 11:29 DünyaGürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında zəlzələ olub.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar mayın 20-də saat 10:11-də baş verib.
"Episentr zonasında zəlzələnin gücü 4 bal olub. Bu, Şirak rayonunun Bavra, Sarağyuq və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub", - deyə əlavə edilib.
Paralel olaraq, Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi də məlumat yayıb.
"Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında qeydə alınıb. 3,4 maqnitudalı olub", - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31