Rubio: “ABŞ sülh istəyir, Avropa isə müharibə ritorikasındadır” – ÖZƏL
20 May 2025 11:11 DünyaABŞ dövlət katibi Marko Rubio Kennedi Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı beynəlxalq münasibətlərin hazırkı qeyri-adi vəziyyətinə diqqət çəkib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, hazırda ABŞ müharibəyə qarşı çıxış edir, Avropa isə əksinə, daha aqressiv mövqe sərgiləyir.
"Mən insanlara deyirəm ki, bizim sülh tərəfdarı olan prezidentimiz var. Hətta papanın mərasimi ərəfəsində kardinal Leo XIV-lə görüş zamanı o mənə dedi: "Bu bizim üçün çox qeyri-adi bir haldır. Sülh istəyən Amerika prezidenti var, amma Avropalılar daim müharibə ilə bağlı danışırlar". Bu, onların düşüncəsində dünyanın baş-ayaq vəziyyətə düşdüyünü göstərir. Əvvəllər tam əksi olurdu," - deyə Rubio bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp dünyanın müxtəlif bölgələrində hərbi toqquşmaların dayandırılmasına və əsas silahlı münaqişələrin tezliklə həllinə çalışır. Rubio əlavə edib ki, ABŞ hazırda milli təhlükəsizlik üçün böyük maliyyə ayırsa da, Vaşinqton bu vəsaitlərin gələcəkdə ictimai sektora yönəldilməsinə üstünlük vermək niyyətindədir.