Tramp Putini “xoş centlmen” adlandırdı – ABŞ-Rusiya arasında yeni danışıqlar— ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini "xoş centlmen" adlandırıb. Bu ifadəni o, Kennedi Mərkəzində keçirilən rəsmi şam yeməyi zamanı işlədib. Tramp bildirib ki, Putinlə yaxşı və faydalı söhbət aparıb, "müəyyən irəliləyiş" əldə olunub.Mayın 19-da Tramp və Putin arasında iki saatlıq telefon danışığı baş tutub. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsində atəşkəs məsələsi gündəmə gətirilib.
Tramp qeyd edib ki, Rusiya və Ukrayna dərhal atəşkəslə bağlı danışıqlara başlayacaq. Ardınca Ukrayna Prezidenti Zelenski Rusiyayla sülh sazişi üzrə memorandumun imzalanmasını istisna etməyib və sənədin rus dilində versiyasını gözlədiklərini bildirib. Kreml də birgə layihə üzərində iş aparıldığını açıqlayıb.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31