"Arsax"lı "məcburi köçkünlər"ə yardım 10 gün sonra kəskin azaldılacaq— ÖZƏL

Olaylar.az xəbər verir ki,mayın 30-da "Artsax"dan ( Qarabağdan) "məcburi köçkün düşmüş şəxslər"ə göstərilən sosial yardım proqramının müddəti başa çatır və bu tarixdən sonra proqram əhəmiyyətli dərəcədə ixtisar olunacaq.Bu barədə Ermənistan parlamentindəki "Şərəfim var" fraksiyasının katibi Tiqran Abrahamyan açıqlama verib. Onun sözlərinə görə, hökumət bu müddət ərzində insanlara yalan vədlər verib və nə sosial, nə də mənzil proqramlarında ciddi dəyişikliklər etməyib.
Abrahamyan bildirib ki, mənzil proqramları əhalinin böyük hissəsi üçün əlçatmazdır, sosial dəstəyin kəskin azaldılması isə çoxlarını evsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyur. O, həmçinin vurğulayıb ki, hökumət ictimai narazılığı yatırtmaq üçün bəzi keçmiş artsaxlı məmur və sahibkarların guya sui-istifadə halları barədə məlumatlar yayır, amma bunlar nə real problemləri həll edir, nə də hüquqi nəticələr doğurur.Deputatın sözlərinə görə, doğma yurdundan didərgin düşmüş insanlar hazırda öz çarəsiz vəziyyətləri ilə tək qalıblar.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31