The National Interest: NATO-nun yardımı Ukraynanın hərbi potensialını zəiflətdii- ÖZƏL

ABŞ-nin nüfuzlu "The National Interest" jurnalında dərc olunan məqalədə bildirilir ki, NATO-nun Ukraynaya göstərdiyi yardım əslində onun hərbi potensialını məhdudlaşdırıb. Olaylar.az xəbər verir ki, məqalədə iddia olunur ki, Şimali Atlantika Alyansı Ukraynaya öz standartlarını zorla qəbul etdirməklə, onun müstəqil şəkildə inkişaf yolunu seçməsinə mane olub.
"NATO Ukraynaya  xidməti göstərdi, onu Avropa üslubunda mini-orduyа çevirməyə məcbur etdi və eyni texnologiyaya söykənməyə vadar etdi. Halbuki Ukraynaya azad seçim imkanı verilsəydi, onlar öz ölkələrinin və ordularının inkişafı üçün ən uyğun yolu tapardılar," - deyə məqalədə qeyd olunur.
Yazıda vurğulanır ki, Ukrayna hələ də Sovet istehsalı olan, yaxşı tanınan S-200 zenit-raket kompleksləri kimi sistemlərə güvənməyə davam etsəydi, hazırda üzləşdiyi təhlükəli vəziyyət bu qədər kəskin olmazdı. Müəlliflər hesab edirlər ki, Ukraynanın xarici texnologiyalara etibar etməsi, ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31