Zakir Həsənov Təl-Əvivdə israilli həmkarı ilə görüşdü
16:54 Dünyaİsrailin müdafiə naziri İsrail Katz Təl-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə "Times of Israel' İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31