ABŞ Polşanı enerji müttəfiqinə çevirir – Şərqi Avropa üçün yeni plan– ÖZƏL
16:10 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Şərqi Avropada yeni enerji düzəni qurmaq niyyətindədir və bu məqsədlə Polşaya xüsusi rol verir. The National Interest yazır ki, Vaşinqton regionda Rusiyanı enerji bazarından sıxışdırıb çıxarmağa çalışır və Polşa bu prosesdə əsas tərəfdaş kimi çıxış edir.
Polşanın coğrafi mövqeyi, iqtisadi inkişafı və ABŞ-yönlü siyasi xətti onu ideal müttəfiqə çevirir. Vaşinqton Polşa, İtaliya və Rumıniya üzərindən yeni tranzit marşrutları quraraq Avropada enerji təchizatında dominant mövqeyə gəlmək istəyir.
Nəşrin fikrincə, Polşa artıq təkcə hərbi yox, enerji sahəsində də ABŞ üçün strateji tərəfdaşa çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31