İsrail bütün Qəzzaya nəzarət edəcək – Netanyahu

İsrail Qəzzanın bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"Hərbi addımların məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyəti və Qəzzada saxlanılan israilli girovların azad edilməsi. Eyni zamanda, yaxın vaxtlarda İsrail ABŞ-la birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfdarları tərəfindən oğurlanmasının qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsini yerləşdirəcək", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31