Fransadan Durovun iddiasına cavab: Görüşmüşük…
15:22 DünyaFransa Hərbi Kəşfiyyat Xidməti (DGSE) Teleqramın qurucusu Pavel DurovunRumıniyadakı seçkilərə müdaxilə ilə bağlı irəli sürdüyü ittihamları rədd edib.
Olaylar.az xəbər verir ki, bu, DGSE-nin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ki, seçki prosesi ilə əlaqəli hesabların bloklanması üçün heç bir sorğu göndərilməyib.
Bundan əlavə, kəşfiyyat xidməti DGSE nümayəndələrinin Pavel Durovla bir neçə dəfə görüşdüyünü və ona terrorizm və uşaqların pornoqrafiyası kimi təhdidlərlə mübarizədə şirkətinin və şəxsi məsuliyyətləri barədə xatırlatmalar etdiklərini açıqlayıb. Lakin görüşlərin nə vaxt keçirildiyi və iştirakçıları barədə hər hansı bir məlumat verilmir.
Qeyd edək ki, Pavel Durov Fransa kəşfiyyatının rəhbəri Nikolya Lernerin ona Rumıniyadakı seçkilər ərəfəsində konservativ səsləri məhdudlaşdırmaq xahişi etdiyini, lakin o, bu tələbi yerinə yetirməkdən imtina etdiyini açıqlamışdı.