KTMT-dən Bakı-İrəvan sülhünə dair nikbin gözləntilər— ÖZƏL
14:17 DünyaOlaylar.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağını gözləyir.Bu barədə KTMT-nin baş katibi İmangali Tasmagambetov təşkilatın Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Cənubi Qafqazda müəyyən müsbət proseslər müşahidə olunur və tərəflər artıq sülh sənədinin mətni üzərində razılığa gəliblər.Baş katib ümid etdiklərini bildirib ki, saziş tezliklə imzalanacaq və bu, regionda sülh və sabitlik üçün zəmin yaradacaq.
Gülxanım Əliyeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31