Gələn həftə Ukrayna üçün həlledici olacaq - Leyen

Növbəti həftə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayandırılması üçün şəraitin yaradılmasında həlledici rol oynaya bilər.

Olaylar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Romada İtaliyanın Baş naziri Corciya Meloni və ABŞ-ın vitse-prezidenti Cey Di Venslə keçirilən üçtərəfli görüş zamanı bildirib.

"Bizi birləşdirən məqsəd ədalətli və davamlı sülhə nail olmaqdır. Bu müharibənin dayandırılmasına verdiyiniz töhfəni bilirəm və sizə təşəkkür edirəm", - Leyen bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31