Zurab Caparidze: Qərblə münasibətlərin bərpası üçün iki əsas şərt var – ÖZƏL
13:51 Dünya"Gürcüstanda hakimiyyət sahibləri Qərblə münasibətlərin yenidən qurulması üçün nə etməli olduqlarını dəqiq bilirlər. Ölkə, ilk növbədə, demokratik inkişaf yoluna və ikinci olaraq, Avroatlantik inteqrasiya kursuna qayıtmalıdır. Əks halda, münasibətlərin yenidən qurulması mümkün olmayacaq", - deyə "Dəyişim Koalisiyası"nın liderlərindən biri Zurab Caparidze jurnalistlərə bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Dövlət Departamenti də dəfələrlə bu məsələyə münasibət bildirib: "Nə qədər Trampdan, "dərin dövlətdən" və digər məsələlərdən danışsalar da, əgər bu iki addım atılmasa, münasibətlərin bərpası mümkün deyil".
Caparidze həmçinin bildirib ki, 22 may cümə axşamı günü məhkəmə prosesi keçiriləcək və o, həmin gün saxlanılacağını ehtimal edir.