İran XİN: ABŞ-dən yazılı təklif almamışıq – ÖZƏL

İran hələ də ABŞ-dən onun nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı yazılı təkliflər almayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai həftəlik brifinqdə məlumat verib.

"ABŞ tərəfindən bu günə qədər heç bir yazılı təklif almamışıq. Bütün təkliflər şifahi şəkildə olub - Oman vasitəçiləri ilə aparılan danışıqlar zamanı və ya fasilələrdə irəli sürülüb. Lakin bizə heç bir yazılı sənəd təqdim edilməyib", - deyə diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31