Aİ ölkələri 150 milyard avroluq müdafiə fonduna razılıq verdi- ÖZƏL
19 May 2025 11:59 DünyaAvropa İttifaqı ölkələri Avropanın müdafiəsini gücləndirməyə yönəlmiş 150 milyard avro dəyərindəki fond - "Avropa üçün Təhlükəsizlik Təşəbbüsü" (SAFE) üzrə təklifləri prinsip etibarilə qəbul edib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatı məlumat verib.
Bu plan mart ayında Avropa Komissiyası tərəfindən irəli sürülüb və birgə borclanma yolu ilə maliyyələşdiriləcək. Fondun vəsaiti Aİ üzv dövlətlərinə, eləcə də Ukrayna kimi bəzi digər ölkələrə kredit şəklində təqdim olunacaq. Məqsəd bu ölkələrin müdafiə potensialını artırmaq və Avropanın silah sənayesini gücləndirməkdir.
Fondun yaradılması Avropanın təhlükəsizlik sahəsində daha müstəqil və dayanıqlı mövqe tutmasına xidmət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31