Varşava meri Rafal Trzaskowski Polşada prezident seçkilərində liderdir - ÖZƏL

Polşada keçirilən prezident seçkilərində aparılan ekzit-polların nəticələrinə əsasən, Varşava şəhərinin liberal meri, hazırkı Baş nazir Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş Koalisiyası"ndan olan Rafal Trzaskowski az fərqlə liderlik edir. Bu barədə Olaylar.az BBC-yə istinadən məlumat yayıb.
Məlumata görə, Rafal Trzaskowski seçicilərin 31,1%-nin səsini toplayıb. Onun əsas rəqibi, mühafizəkar namizəd Karol Navrotski isə 29,1% səslə ikinci yerdə qərarlaşıb. Əgər bu nəticələr rəsmi təsdiqini tapsa - ki, bu mayın 19-u axşam gözlənilir - həmin iki namizəd iyunun 1-də keçiriləcək ikinci tura vəsiqə qazanacaq. Çünki 13 namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib.
Qeyd olunur ki, Rafal Trzaskowski nəticələri əvvəlki sorğulara nisbətən daha zəif olub. Seçkidən öncəki rəy sorğularında onun Navrotskidən 4-6% üstün olduğu bildirilirdi.
Polşa prezidentinin səlahiyyətləri əsasən simvolik olsa da, o, hökumət qərarlarına veto qoya bilir. Donald Tuskun rəhbərlik etdiyi koalisiya parlamentdə prezident vetosunu aşa biləcək çoxluğa malik deyil. BBC bildirir ki, Tuskun bir sıra seçki vədlərini yerinə yetirə bilməməsinin səbəblərindən biri də hazırkı mühafizəkar prezident Andjey Dudanın hökumət qərarlarını veto etməsidir. Tşaskovskinin qələbəsi bu problemi aradan qaldıra bilər.
Seçki kampaniyası zamanı Karol Navrotski isə tərəfdarlarını Tuskun hakimiyyətə gəlməsinin qarşısını almağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31