Baydendə xərçəng aşkarlandı

ABŞ-ın keçmiş prezidenti Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub.

Olaylar.az xəbər verir ki, bu haqda "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, diaqnoz cümə günü həkimlər onun prostat vəzində əlavə müayinə tələb edən kiçik şiş aşkarlandıqdan sonra qoyulub.

"Xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonal terapiyaya həssasdır və effektiv müalicə edilir", - Baydenin nümayəndələri əlavə edib.

Sabiq prezident və ailəsi hazırda müalicə variantlarını nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31