PKK-nın tərksilah olunması ilə bağlı qərarının icrasını diqqətlə izləyəcəyik - Ərdoğan
14:36 DünyaTürkiyə hökuməti qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürdistan Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və döyüşçülərinin tərksilah edilməsi ilə bağlı qərarının icrasını diqqətlə izləyəcək.
Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Terror təşkilatı tam olaraq silahları yerə qoymalıdır, ləğv olunma ilə bağlı qərar tam yerinə yetirilməlidir. Biz qəbul olunmuş qərarların icrasını diqqətli izləyəcəyik", - Ərdoğan vurğulayıb.
O bildirib ki, təkcə ölkənin yox bütün regionun sülh və rifah şəraitində olmasını istəyir.
Xatırladaq ki, bu yaxınlarda PKK rəhbərliyi təşkilatın ləğv olunduğunu, Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və bundan sonra yalnız siyasi yollarla mübarizə aparacaqlarını bildiriblər.