Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşməməsinin səbəbləri barədə danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Ukraynalı dövlət başçısı Volodimir Zelenskinin görüşməməsinin ölkəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Olaylar.az xəbər verir ki, bu haqda o Albaniyadan qayıdan zaman jurnalistlərə açıqlamasında danışıb.

"Bu planda Putinlə Zelenski arasında təmasların qurulmaması bizimlə əlaqəli deyil... Əgər bu məsələdə aktiv mövqe tutan liderlərə nəzər salsaq, cənab Putin vacib, aparıcı oyunçu sayılır. Tramp da dominant oyunçudur. Cənab Zelenski də eyni mövqedə yer alır. Biz onların hər biri ilə telefonla danışmışıq", - deyə Ərdoğan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31