Ermənistan və İran rəsmiləri Tehranda regional məsələləri müzakirə ediblər – ÖZƏL

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən görüşdə ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə iranlı siyasi şərhçi Saak Şahmuradyan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, Tehrana səfəri çərçivəsində Armen Qriqoryan İran rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər və məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, bundan əvvəl verilən məlumatda Qriqoryanın mayın 15-də "Tehran Dialoqu - 2025" forumunda iştirak etmək üçün İrana işgüzar səfər edəcəyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31