Viktor Orban Aİ-ni Putinlə danışıqları bərpa etməyə çağırıb

Avropa İttifaqının (Aİ) liderləri ABŞ kimi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmalıdırlar, çünki bunu etmədən sülhə nail olmaq mümkün olmayacaq.

Olaylar.az-ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Ukraynadakı münaqişənin həlli üçün Avropanın da iştirakı lazımdır.

"Sülhün [yalnız] Rusiya-Ukrayna danışıqları nəticəsində əldə ediləcəyi illüziyasıdır. Avropa liderləri gec-tez Rusiya prezidenti ilə danışıqlar aparmalı olacaqlar. Bu qaçılmazdır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31