Cənubi Koreyanın sabiq prezidenti Yoon Suk Yeol hakim partiyanı tərk etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Cənubi Koreyada keçiriləcək 3 iyun prezident seçkiləri ərəfəsində ölkənin sabiq prezidenti Yoon Suk Yeol hakim Mühafizəkar Xalq Gücü Partiyasını (PPP) tərk etdiyini elan edib.

"Bu gün Xalq Gücü Partiyasından ayrılıram," - deyə Yoon Suk Yeol Facebook səhifəsində yazıb. O, həmçinin əlavə edib: "Respublikanın taleyi bu seçkidən asılıdır, mən prezidentliyə namizəd Kim Moon-soo-nun qalib gəlməsini arzulayıram." Yoon 2022-ci il seçkilərində PPP-nin prezidentliyə namizədi olmuşdu.

Bundan əvvəl partiyanın yeni müvəqqəti sədri Kim Yong-tae Yoon Suk Yeol-a partiyadan istefa verməyi tövsiyə etmişdi. Seçkilərdə mühafizəkarları təmsil edəcəyi gözlənilən Kim Moon-soo isə Yoon-un üzvlük məsələsində özü qərar verməli olduğunu bildirmişdi.

Hazırda müxalif Demokrat Partiyasının sabiq sədri Lee Jae-myung prezidentlik yarışında əsas favorit hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31