ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalarla bağlı çağırışlar güclənir – ÖZÖL

Amerikalı qanunvericilər, İstanbulda keçirilən Rusiya-Ukrayna atəşkəs danışıqlarının "ciddi irəliləyiş göstərməməsi" səbəbilə Konqresə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırışlarını yeniləyiblər. 

Olaylar.az xəbər verir ki, Reuters agentliyinin xəbərinə görə, Rusiyaya və onun ticarət tərəfdaşlarına ilkin və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini hazırda 100 üzvlü Senatda 73 nəfər, Nümayəndələr Palatasında isə 28 nəfər dəstəkləyir. Hər iki qanun layihəsinin dəstəkçiləri respublikaçılar və demokratlar arasında yer alır. Agentlik qanun layihələrinin nə zaman səsverməyə çıxarılacağı ilə bağlı məlumatın verilmədiyini bildirib.

Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar mayın 16-da İstanbulda baş tutub və təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski görüşdən sonra bildirib ki, Rusiya tərəfi nəticələrdən razıdır və danışıqları davam etdirməyə hazırdır. Onun sözlərinə görə, tərəflər 1000 rus və 1000 ukraynalı hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər. Medinski həmçinin bildirib ki, Ukrayna ölkə liderləri arasında birbaşa görüş istədiyini bildirib və bu istəyin Rusiya tərəfi tərəfindən "nəzərə alındığını" qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31