Hindistan və Pakistan razılığa gəldilər

Son illərdə bir neçə dəfə qarşıdurma həddinə gələn Hindistan və Pakistan arasında münasibətlərdə növbəti dəfə gərginliyin azaldılması istiqamətində addım atılıb. Hər iki nüvə dövlətinin ordusu arasında mütəmadi toqquşmalar yaşanmasına baxmayaraq, tərəflər müəyyən müddətlik sakitliyi qorumağa razılaşıblar.

Olaylar.az xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar parlamentdə çıxışı zamanı bildirib ki, Hindistanla atəşkəs rejiminin müddəti 18 mayadək uzadılıb. Onun sözlərinə görə, ilkin olaraq atəşkəs 12 may, daha sonra 14 may tarixinədək qüvvədə idi, lakin aparılan son danışıqlar nəticəsində bu tarix bir neçə gün də uzadılıb.

Nazir əlavə edib ki, bu razılaşma iki ölkənin hərbi rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunub. Tərəflər həmçinin qarşılıqlı inamı gücləndirmək və hərbi gərginliyi azaltmaq üçün birgə addımlar atmaq barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31