Tramp: “Yeni rəhbərliklə Suriya uğurlu inkişaf şansı qazanır” – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Suriyaya qarşı sanksiyaların yumşaldılması və ölkənin yeni - müvəqqəti rəhbəri Əhməd əş-Şaraa ilə idarə olunması Suriyanın uğurlu inkişafı üçün imkanlar yaradır. 

Olaylar.az xəbər verir ki, bu barədə Tramp Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-yə qayıdarkən prezident təyyarəsində jurnalistlərə açıqlama verib.

"Biz uğurlu bir Suriya görmək istəyirik. Əgər diqqət etsəniz, əvvəlki sanksiyalar həddindən artıq sərt idi və bu şəraitdə ölkənin uğur qazanması mümkün deyildi. İndi onların bir şansı var. Yeni lider güclü fiqurdur, gəncdir, enerjilidir və yaxşı iş görmək istəyir", - deyə ABŞ prezidenti qeyd edib. Onun çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Donald Tramp vurğulayıb ki, son 10 ildə Suriya iqtisadi cəhətdən ciddi zərər görüb və ölkə əhalisi yeni başlanğıca layiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31