Hakan Fidan: “Ukrayna münaqişəsinin həlli üçün yeni imkan pəncərəsi açılıb” – ÖZƏL

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan səylərin hazırkı mərhələsinin təcili və vacib olduğunu vurğulayıb. 

Olaylar.az xəbər verir ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdəki çıxışında nazir bildirib:

"Tərəflərin sülhə sadiqliyi bizə ümid verir və yeni imkan pəncərəsi açır. Xüsusilə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın dialoq çağırışlarına müsbət cavab verməsi mühüm əhəmiyyət daşıyır. Rusiya və Ukraynanın birbaşa danışıqlara hazır olması bu kritik mərhələnin mümkünlüyünü təmin edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31