Tramp: “Yaxın Şərq səfərimin nəticəsi ABŞ iqtisadiyyatına 12-13 trilyon dollarlıq sərmayə oldu”- ÖZƏL
16 May 2025 13:24 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərin nəticəsi olaraq ABŞ iqtisadiyyatına 12-13 trilyon dollar məbləğində sərmayə cəlb olunduğunu bildirib.
"ABŞ-da bu miqyasda bir şey heç vaxt baş verməyib. Trilyonlarla sərmayə! Təxminən 12-13 trilyon dollar həcmində razılaşmalar əldə etmişik. Artıq bəlli olan layihələr sayəsində bu səviyyəyə çatmışıq, yaxın vaxtlarda isə bəzi yeni razılaşmalar barədə də məlumat verəcəyik", - deyə Tramp BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən Amerika və Əmirlik iş dairələrinin nümayəndələrinin görüşündə çıxışı zamanı vurğulayıb.
Tədbirdə Abu-Dabi vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd Al Nahayyan da iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31