ABŞ və Rusiya rəsmiləri İstanbulda görüşəcək: Məqsəd – uzunmüddətli sülh- ÖZƏL

Böyük Britaniyanın "BBC" kanalının məlumatına görə, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski ilə İstanbulda ayrı görüş keçirəcək.
Olaylar.az xəbər verir ki, qeyd olunur ki, Enton Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin iştirak edəcəyi üçtərəfli görüşdə iştirak etməyəcək. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən verilən məlumata görə, bu görüş yerli vaxtla saat 12:30-da keçirilməsi planlaşdırılır.
Görüşlər Prezident Administrasiyasının Dolmabağça ofisində baş tutacaq. Həmin məkanda 2022-ci ilin yazından bəri ilk dəfə Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanacağı gözlənilir.
Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edir. O, əvvəlki bəyanatlarında Ukrayna tərəfi ilə aparılan birbaşa danışıqların məqsədinin uzunmüddətli sülhə nail olmaq və böhranın əsas səbəblərinin aradan qaldırılması olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31